Qonaq Kitabı
MƏN OLUM

Bu duran bir cüt sonanın,

Hansına qurban mən olum?

Məzlim baxıb, can alanın,

Hansına qurban mən olum?

 

Qəddi-qaməti dünyada,

Maşallah çəkən ustada,

Hər ikisi mələkzada,

Hansına qurban mən olum?

 

Iki təzə nocəvanım,

Qəmzələri tökür qanım,

Valeh deyir, birdi canım,

Hansına qurban mən olum?



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info