Qonaq Kitabı
VARMI OLA

Gecə gündüz qaldım zülmət içində,

Mən kimi zülmətdə qalan varmı ola?

Əvvəldən can deyib, can eşidənlər,

Heç bircə yanıma gələn varmı ola?

 

Hayıf oldu, əlim əldən üzüldü,

Mənim üçün bircə saat yüz ildi,

Bağlar xəzəl oldu, güllər pozuldu,

Mən kimi gülşəni solan varmı ola?

 

Biçarə Dilqəməm, sorram gələndən,

Ağladandan, göz yaşını siləndən,

İstəkli dostlardan, qədir biləndən,

Ya Rəb ola, yada salan varmı ola?



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info