Qonaq Kitabı
GÖRDÜM

Gəncənin Şəmkir elində,

Bu gün bir nocavan gördüm.

Gözləri canlar alandır,

Qaşlarını kaman gördüm.

 

Duruşu gəldi xoşuma,

Yem verdi könlüm quşuma,

Sevdası doldu başıma,

Oldu halım yaman gördüm.

 

Göldə üzən gözəl sona,

Nə girirsən dondan-dona,

Neçə molla, alim ona

Verdi əldən iman gördüm.

 

Gözüm düşdü o dilbərə,

Baxçadı mənə bir kərə,

Elə bil ki, göydən yerə,

Endi huri-qılman gördüm.

 

Dilqəmi saydı bir gəda,

Rübənd açdı mələkzada,

Müxtəsər, şəbi-yeldada

Mən onu mahtaban gördüm.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info