Qonaq Kitabı
GƏLSİN

Başına döndüyüm qasid xoşqədəm,

Ərzimi get söylə canana, gəlsin.

Gecə-gündüz şamda pərvana kimi,

Oduna alışıb yanana gəlsin.

 

Dilim tutmur yara dərdimi yazam,

Cəlallı cananda artıbdır cəzam,

Saranı Mahmuda verən Mirnizam,

Mənim işim səndən imkana gəlsin.

 

Görmədim bir belə ləbi-piyala,

Buxağı bənövşə, yanağı lala,

Cəlallı canana gələn hər bəla,

Uzaq olsun ondan, bu cana gəlsin.

 

Hər kəs yarı mənə inayət eylər,

Elə bil Kəbəni ziyarət eylər,

Qafil gedən qasid xəyanət eylər,

Yar özü ilqara, imana gəlsin.

 

Dilqəmə lütf eylə kərəmin kanı,

Novrəstə nobarı, o nocavanı,

Ya kəs başımı, ya yetir cananı,

Mənim mürdə cismim dərmana gəlsin.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info