Qonaq Kitabı
YADIMA DÜŞDÜ

Dilbər ehtiramla, mərhəmət ilə,

Yanıma gəldiyi yadıma düşdü.

Bir şirin sözilə, qaşı gözilə,

Dərdimi bildiyi yadıma düşdü.

 

Əndəlib gülündən, kəmər belindən,

Ülfət qıl qulundan, danış dilindən,

Zülfündən, telindən, nazik əlindən,

Göz yaşım sildiyi yadıma düşdü.

 

Dilqəm tərlanısan, uyma sarilə,

Qızlgül bülbüllə, uymaz xarilə,

Bir şirin dil ilə, xoş göftarilə,

Ucadan güldüyü yadıma düşdü.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info