Qonaq Kitabı
ƏRİZƏ

Ərizə yazaram sabah yelindən,

Ərizəm xanıma yetişirmi ola?

Fələk məni tərki-Vətən eylədi,

Nazlı yar əhvalım soruşurmu ola?

 

Əzəldən aşiqəm tuti dillərə,

Müsəlsəl saçlara, siyah tellərə,

Axdı eynim yaşı, döndü sellərə,

Yar içən sulara qarışırmı ola?

 

O qızıl gülləri dərməyən Dilqəm,

Dərib pinhan yerə sərməyən Dilqəm,

Bu dünyada yarı görməyən Dilqəm,

Ya Rəb, o dünyada görüşürmü ola?



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info