Qonaq Kitabı
AĞLARAM

Sehri-gülüstanda, Kür kənarında,

Bu gün bir norəstəm qalıb, ağlaram.

Ayrılıq cevrinin, dost fərağının,

Sevdası başıma gəlib, ağlaram.

 

Yadıma düşübdür şux mələkzada,

Görən o da məni salırmı yada?

Mənim cismim səməndərdən ziyada,

Hicran atəşilə dolub ağlaram.

 

Laçın qanadlıdan, tərlan tavardan,

O hüsni-Yusifdən, mehr-ruxsardan,

Züleyxa camallı, mahcəbin yardan,

Fələk məni cida salıb, ağlaram.

 

Qəddi sənubərdir, uzarı bir gün,

Sevdim cəmalını, oldum didərgin,

Leylisiz Dilqəməm, mən oldum Məcnun,

Səhralar məskənim olub, ağlaram.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info