Qonaq Kitabı
DİLBƏR

Leyli camalını görəndə, dilbər,

Eylədi Məcnun tək divanə məni.

Eşqin zəncirini açma boynumdan,

Bağışla o əhdi-peymana məni.

 

Gördüm camalını, oldum qələndər,

Laçın tək qıya bax, üz bəri döndər,

Yanaram oduna misli-səməndər,

Görsə qanlar ağlar pərvanə məni.

 

Qaşların aşiqə nəzakət eylər,

Gözlərin can alar, qiyamət eylər,

Zülflərin saili hidayət eyləri,

Gözlərin gətirər imana məni.

 

Küyində Dilqəməm tərsa dağında,

Bülbül fəqan eylər gül budağında,

Könül quşu, yar, camalın bağında

Döndərdin o Şeyxi-Sənanə məni.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info