Qonaq Kitabı
OLA

Mərifət bəhrində, ədəb-ərkanda,

Bir igid istərəm lamı, ləng ola.

Atı Türkmən ola, qılıncı misri,

Dayanmaz qabaqda yüz nəhəng ola.

 

Fərhad qaya çapar, sənginə yetməz,

Yüz min aşıq gəlsə, dənginə yetməz,

Heç cəng o igidin cənginə yetməz,

Ya Urum, ya Qeysər, ya Firəng ola.

 

Bir gözəl sevəsən, qaməti bəstə,

Görəndə aşığı eyləyə xəstə,

Çoxdan axtarıram bir elə kəsdə,

İşarə anlaya, dərdimənd ola.

 

Mən Qasımam, əl götürməm canandan,

Canan qarşı gəlsə, keçərəm candan,

Rəngi artıq ola güldən, reyhandan,

Zülflər boynuma bir kəmənd ola.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info