Qonaq Kitabı
KƏKLİKLƏR

Mən gedirəm, sizi kimə tapşırım,

Dam üstündə duran sona kəkliklər.

Al-yaşıl geyinib, tirmə bağlarsız,

Girirsiniz dondan-dona kəkliklər.

 

Kəkliyin ovlağı qayalar başı,

Qaqqıldaşıb tapar yoldaş yoldaşı,

Bərəsi bərk olsa, ovçusu naşı,

Düz çıxarlar asımana kəkliklər.

 

Gözəl kəklik qayalarda səs eylər,

Qaqqıldaşıb bir-birilə bəs eylər,

Bilməm ki, toy eylər, yoxsa yas eylər,

Qaynağın batırmış qana kəkliklər.

 

Nə dərdiniz olsa mənə söyləyin,

Şirin namə yazın, bəyan eyləyin,

Kəklik, siz Qasımı halal eyləyin,

Çünki gedir Dağıstana, kəkliklər.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info