Qonaq Kitabı
SƏNƏM GƏL

Tərifli gözəllər gəlhagəl oldu,

Yaşıllı, zərbaflı, allı Sənəm gəl.

Ovçunu görəndə maral baxışlı,

Ay üzü birçəkli, xallı Sənəm gəl.

 

Aşıq odur bir söz desin özündən,

Aləm bada gedər ala gözündən,

Danışanda şəkər damar sözündən,

Qaymaq dodaqları ballı Sənəm gəl.

 

Xəstə Qasım deyər, hənək hənəkli,

Ağ üzündə qoşa xallar bənəkli,

Ətlas nimtənəli, ipək köynəkli,

Üstü-başı tirmə şallı Sənəm gəl.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info