Qonaq Kitabı
AY ARİFLƏR

Ay ariflər, bir tərlanım uçubdur,

Sağ əlimdən sol əlimə alınca.

Onu tutan xeyrü bəhrin görməsin,

Mən yazığın yazığın var dalınca.

 

Gümüş kəmər bağlayıbdır belinə,

Danışdıqca mayil oldum dilinə,

Gül uzatdım nazlı yarın əlinə,

Canım aldı gülü məndən alınca.

 

Alimdən dərs aldım əlif-bey üçün,

Surahilər düzülübdür mey üçün,

Dəli könlüm, qəm çəkirsən nə üçün?

Qəmli günün şad günü var yanınca.

 

Xəstə Qasım vədə verdi yüz ilə,

Yaşılbaşlar göldən-gölə düzülə,

Bir igid ki, qatarından üzülə,

Ölüm eydir, bu dünyada qalınca.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info