Qonaq Kitabı
YAXŞIDIR

Dəli könlüm, məndən sənə əmanət,

Demə, bu dünyada qalım, yaxşıdır.

Bir gün olar, qohum-qardaş yad olar,

Demə, ulusum var, elim yaxşıdır.

 

Bir məclisə varsan özünü öymə,

Şeytana bac verib kimsəyə söymə,

Qüvvətli olsan da yoxsulu döymə,

Demə ki, zorluyam, qolum yaxşıdır.

 

Qoçaqdan olubsan, qoçaq olgülan,

Qadadan, baladan qaçaq olgülan,

Aşıq ol, comərd ol, alçaq olgülan,

Demə, varım çoxdur, pulum yaxşıdır.

 

Xəstə Qasım kimə qılsın dadını,

Canı çıxsın, özü çəksin odunu,

Yaxşı igid yaman etməz adını,

Çünki yaman addan ölüm yaxşıdır.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info