Qonaq Kitabı
KÖHNƏLƏR

 

Oldu siyahpuş bütün köhnələr!

Dərdü qəmə tuş bütün köhnələr!

 

Qıldı fələk bəxtlərin vajgun,

Dolma, badımcan qabını sərnigun.

Oldu ədəm ölkəsinə rəhnimun,

İşləri məğşuş bütün köhnələr!

Dərdü qəmə tuş bütün köhnələr!

 

Hər gün itib-batmadadır xanları.

Mollaları, şeyx və işanları,

Bəyləri, sahibləri, sultanları,

Məşəli xamuş bütün köhnələr!

Oldu siyəhpuş bütün köhnələr!

 

Kamlarınca yerimir işləri,

Batmayır andır bu ətə dişləri,

Oxları, nə nizələri, şişləri,

Oldula mədhuş bütün köhnələr!

Hər işə sərpuş bütün köhnələr!

 

Bilmədilər elm nə, ürfan nədir,

Hübbi-bəşər, rəhməti-vicdan nədir,

Həqq, hüquqi-zənü nisvan nədir,

Cəhlə həmağuş bütün köhnələr!

Zalimə papuş bütün köhnələr!

 

Tazələr aldanmadı övradinə,

Sərvətü şövkətlərinə, adinə,

Düşməyir əsla birinin yadinə,

Oldu fəramuş bütün köhnələr!

İşləri məğşuş bütün köhnələr!

 

Gah fədai, gəhi lap müstəbid,

Gah axır qanı, gəhi müncəmid,

Gəhi də bihuş bütün köhnələr!

Bisərü biguş bütün köhnələr!

Süst və mədhuş bütün köhnələr!

 

Kefsiz.

“Molla Nəsrəddin”, 1909, N 17.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info