Qonaq Kitabı
LALSƏN

 

Sən hələ dillənməmisən, lalsən,

Tiflsən... a; sən hələ nosalsən.

 

Bilmə hələ sən özünü kardan,

Olma özündən, a cocuq, bədgüman,

Ortalığa çıxma, əzizim, dayan,

Çünki balam, sən hələ nosalsən,

Dəyməmisən, yetməmisən, kalsən.

 

Soxma qabağə özünü anqalı,

Gözlə gələn növbəni daldan, dalı,

Ay beli palanlı, başı noxtalı,

Sən keçisən, sən quzusan, malsən,

Sən hələ dillənməmisən, lalsən.

 

Erməniyə kəndini tay eyləmə,

Gürcüyə, nə rusə gilay eyləmə.

Üstümə qışqırma, həray eyləmə,

Dəstəni qaytar, yeri daldal sən,

Qıl hələ təhsil, elə ikmal sən.

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1909, N 13.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info