Qonaq Kitabı
MƏNƏM

 

Ey firqeyi-noməsləkan, bir alimi-nadan mənəm!

İslamı cəhlə uğradan bir natiqi-godan mənəm!

 

Mən xəlqi dəvət eylərəm, müştaqi-qəflət eylərəm,

Qərqi-cəhalət eylərəm, bu rəzmdə aslan mənəm!

 

Zahirdə mən xud aliməm, həm rəhnümayi-aləməm,

Batində lakin zaliməm, hər iş tutan pünhan mənəm.

 

Qoymam sizi kam almağa, elm öyrənib, nam almağa,

Xəlqi sizə ram olmağa yol verməyən heyvan mənəm!

 

Kin və qərəzdir tiynətim, büxlü həsəddir fitrətim,

Var tazələrdən nifrətim, xilqətdə çün şeytan mənəm!

 

Qoymam əvamı aldana, dünyada ta var-yox qana,

Əhli-maarifdən yana min söz deyən böhtan mənəm!

 

Mən qanmaram xaric miləl, dinə vurur hər dəm xələl,

Gəlməz əlimdən hər əməl, ancaq baxan bican mənəm!

 

 

“Molla Nəsrəddin”, 1909, N 2

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info