Qonaq Kitabı
ƏLVİDA

 

Qoymuyur andır məni dərdi-səda,

Köhnə ilə bircə deyim əlvida!

 

Ey məni bədxab eləyən köhnə il,

Düşməni ərbab eləyən köhnə il,

Dəhri gəhi bab eləyən köhnə il,

Ax, məni bitab eləyən köhnə il,

Bircə qoyur kim, məni dərdi-səda,

Ta ki, səninlən eləyim əlvida!

 

Çünki gedirsən, besəlamət, yeri,

Eyləmədin bircə kəramət, yeri,

Oylə durur kisə, həcamət, yeri,

Eylədin İranı məlamət, yeri.

Şeytənəti eyləmədin sən difa,

Oldu olan, keçdi keçən, əlvida!

 

Getdi əbəs, bitmədi amalımız,

Boyləmidir həm gələcək salımız?

Yoxdur ümidim, qara iqbalımız

Parlıya, pərtövlənə bu halımız,

Çünki cəhanı bürüyüb irtica,

Söylədim hürriyyətə mən “əlvida”!

 

On iki aydır elədin bidirəng

Hər günü aldın yeni bir ruy-rəng,

Eylədin ürfanə bu dünyanı təng

Zülm oxu, təkfir ağacı, çubü  səng,

Keçmədi tək bircə günün biniza,

Mən necə eylim sən ilə əlvida?

 

 

Kefsiz

“Molla Nəsrəddin”,

1908, N 52.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info