Qonaq Kitabı
GİMNAZİYADA (MOLLA VƏ ŞAGİRDLƏR)

 

M o l l a: – Keçən ustadınız əla idi, ya mən, balalar?

 –      Bilmirik biz hələ əmmamənin altında nə var.

–       O sizin fikr və əxlaqınızı pozdumu, ya?

–       Xayır, o pozmadı, şimdi pozacaqdır bu əba.

–       Nə əcəb vurmadı imanınıza bəs o, xələl?

–       O, müsəlman idi, səndən olur, olsa bu əməl.

–       Gədə, bijlər, bu nə sözdür ki, deyirsiz mənə siz?

–       Ay axund, ağrın alaq, doğrunu biz gizləməriz.

–       Yaxşı, bundan sonra mən gündə sizə çat qoyaram,

–       Becəhənnəm, nə qoyarsan, ona razı olaram.

–       Yazaram indi danos mən o direktor ağaya,

–       O sözü söylə gedəndə evinizdə çağaya.

–       Misyonerlər sizi yoldan çıxarıbdır, a bala,

–       Olur, əlbəttə, olanda bizə sən tək molla...

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1908, â„– 51.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info