Qonaq Kitabı
ARVADLARIMIZ

 

Bax, səni tarı, necə arvatdılar?

Yekcəsi huri kimi bir zatdılar!

Kim deməz övrət bizim övrətlərə,

Gözləri gər düşsə bu surətlərə,

Baxmagilən çox da qoca, qartdılar?

Ay kişi, gəl gör necə arvatdılar?

 

Sübh yerindən duracaq mal kimi,

Ağzı, gözü bumbulaşıq yal kimi,

Çadrəsin başə salıb lal kimi,

Evdən uzaqlaşdı, itib batdılar,

Ay kişi, gəl gör necə arvatdılar?

 

Evdə uşaq bir-birini dağlayır,

Kabla Vəli bağrına daş bağlayır,

“Güllü” xala yasda gedib ağlayır,

Gah da dörürsən ki, gəlib yatdılar,

Ay kişi, gəl gör necə arvatdılar?

Cümləsi huri kibi bir zatdılar!

 

Yasa gedib gəlmələri quş kimi,

Sözləri söhbətləri bayquş kimi,

Onda görürsən ki, qudurmuş kimi!

Körpələri bir-birinə qatdılar,

Ay kişi, gəl gör necə arvatdılar?

 

Məhrəmi görməz yüzünü bir kərə,

Falçı, duaçı görəcək yeksərə,

Dilləri pis, əlləri xain ərə;

Ev-eşiyi, qab-qacağı satdılar,

Ay kişi, gəl gör necə arvatdılar?

 

Bunları oxşatmaram insanə mən,

Bənzətirəm bir yekə heyvanə mən

Gəldim əlindən bunların canə mən,

Veyl uşağı, bağrımı çatdatdılar,

Ay kişi, gəl gör necə arvatdılar?

Yekcəsi huri kimi bir zatdılar!

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1908, â„– 48.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info