Qonaq Kitabı
ÇƏK DAŞA

 

Usta, sən öz ülgücünü çək daşa,

Sürt qayışa, eylə həvalə daşa.

Baxma, nə lazım, quruya, nə yaşa,

Nə qulağa, nə gözə həp, nə qaşa,

Qonşuya, nə yarə, nə də yoldaşa!

 

Al əlinə müştərinin başını,

Tök yüzünə gözlərinin yaşını,

Çünki bişirdin yazığın aşını,

Barı qonaq eyləgilən bozbaşa!

Sürt başına ülgücünü, çək daşa!

 

Feyzi-təraşi danışırsan hələ,

Müştəriyə çox da demə məsələ.

Qırx başını, al pulunu, sal çölə!

Baxma rəfiqə, qohuma, qardaşa,

Kortalıb, ülgüclərini çək daşa!

 

Söyləmə dəllakə dəbistan nədir?

Elm, sənaye, ədəbistan nədir?

Ağrın alım, tülkü nə, meydan nədir?

Yığ sürünü bir yerə çat baş-başa,

Çarxa ver ülgüclərini, çək daşa!

 

İşləməsə sənətin, olsa kəsad,

Eylə təbabət, qazanıb tazə ad;

Vermə fəqirə, pulun olsun ziyan.

Qoyma gedə məktəbə oğlun Paşa,

Ta ki, məbada aza yoldaş, çaşa!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1908, â„– 44.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info