Qonaq Kitabı
ACIDIR

 

Kim deyir zülmü sitəm ədlü vəfadən acıdır?

Hiyləvü kibrü riya sidqü səfadən acıdır?

 

Qanmıyan kimdi şərü xeyrini aləmdə bu gün?

Kim deyir büxlü həsəd cudu səxadən acıdır?

 

Cürbəcür sənətə sahibdi cəhan əhli tamam,

Kim deyir mərsiyəxanlar üdəbadən acıdır?

 

Bircə kəs turş deməz aləmdə yəqin ayranına,

Tap bir adəm, deməsin xəndə bükadən acıdır?

 

Tazələr-köhnələr adilə bölünmüş islam,

Hanı bir köhnə, desin cəhl ürəfadən acıdır?

 

Yügürürlər iləri cümlə qonum-qonşu təmam,

Biz də müstəqbələ deyriz ki, məzadən acıdır.

 

Çəkibən burnumuza kürkü, əbanı hamımız,

Deməriz kim, bu fəna hal bəqadən acıdır.

 

Ürəfalar danışır hey bizə məktəb, sənət,

Onların zəhməti bu dərdü bəladən acıdır.

 

Hey deyirlər ki, bu qəflət yuxusundan oyanın

Ki, bu şirin yuxu min zəhrü dəvadən acıdır.

 

Zahirən doğrusa da cümlə bu sözlər, lakin,

Doğru söz başımıza bərqi-səmadən acıdır.

 

Nasehin pəndini dərguş eləmək istəməriz,

Dustun tənəsi çün nari-xudadan acıdır.

 

Acıdır qəndi-məarif, acıdır hübbi-vətən,

Möhnəti-elmü hünər dərdi-vəbadən acıdır!..

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1908, â„– 41.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info