Qonaq Kitabı
ALLAHƏ TƏVƏKKÜL

 

Hər yanə dolandım, dedim, allahə təvəkkül,

Atəşlərə yandım, dedim, allahə təvəkkül!

 

Qoydum başımı əllərimin üstünə yatdım,

Meyyit tək uzandım, dedim, allahə təvəkkül!

 

Çalındı döhül, köçdü bütün qafilələr, mən

Köçdən aralandım, dedim, allahə təvəkkül!

 

Lap dalda qalan qafilələr də gəlib ötdü,

Tozlara bulandım, dedim, allahə təvəkkül!

 

Pamali-süturanü xəran oldum özüm də,

Odlara qalandım, dedim, allahə təvəkkül!

 

Sail donu tək əlli yerimdən büzələndim,

Şalvarə yamandım, dedim, allahə təvəkkül!

 

Atlara saman, itlərə yal, malə yem oldum,

Xanlarə talandım, dedim, allahə təvəkkül!

 

Girdabi-cəhalətdə gözüm kəlləmə çıxdı,

Ğərqə yaxalandım, dedim, allahə təvəkkül!

 

Meydani-mübarizdə qılıncım yavalandı,

Başdan yaralandım, dedim, allahə təvəkkül!

 

Aslan kimi meydani-şəhadətdə yıxıldım,

Mərgimə inandım, dedim, allahə təvəkkül!

 

İmdadə çağırdımsa da millət vükəlasın,

Sağdan paralandım, dedim, allahə təvəkkül!

 

Çün gəlmədi molla, ağa, dövlətli hərayə,

Canımdan usandım, dedim, allahə təvəkkül!

 

Filcümlə, nə gəldi başıma səbr elədim mən,

Hər rəngə bulandım, dedim, allahə təvəkkül!

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1908, â„– 36[1]




[1] 1908-ci ildə “Tərcüman” qəzeti (â„– 68) həmin şeiri “Molla Nəsrəddin”dən götürüb xüsusi qeydlə çap etmişdir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info