Qonaq Kitabı
ORUCLUQ

 

Gəldi orucluq, a balam, ağlama,

Səngi-qənaət belinə bağlama.

 

Çar tərəfdən gəlir ehsan iyi,

Çorpa plov, palda, badımcan iyi.

Paxlava, bal, firni, fisincan iyi,

Lap eləyir adəmi bican iyi.

İndi dəxi pendiri barmaxlama,

Səngi-qənaət belinə bağlama.

 

Hər gecə iftarə buyur xangilə,

Məşhədi, hacı, ağa, əyangilə,

Sən gəl, atam, baxma fəqirangilə,

Ey füqəra! Sən qapıda yangilə,

Bir tikə bozbaşdan ötür ağlama,

Umma, şişərsən, bala, sarsaqlama!

 

Qurşağı aç boşla, soyun caməni,

Gəl otu məclisdə sərib daməni.

Çimrə qolun, qoy yerə əmmaməni,

Yadına sal onda sən imamini

Ey füqəra, bəsdi dəxi ağlama,

Umma, şişərsən, bala, sarsaqlama!

 

Mahi-mübarəkdir ibadət ayı,

Türkiyə, İranda bir adət ayı

Misirdə, Qafqazda səyahət ayı,

Şərhi-Buxarada şətarət ayı,

İftara lənət oxuma, qarğama

Çox da müsəlmanlara bel bağlama,

Ahin ilə qəlbləri dağlama,

Gəldi orucluq, ay axund, ağlama![i]

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1908, â„– 35.

 



[i] Sonuncu bənd jurnalda yoxdur. “Sijimqulunamə”dən götürülmüşdür.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info