Qonaq Kitabı
ŞAH

 

Dutub söz yox ki, indi nazimi-nikim gülli-dünyanı,

Neçün kim, eylədim bir zərbilə viranə İranı,

Gəlib namusə axır, eylədim mən qeyrətin kahı,

Əcəb gülzarlıq xuni-şəhidan ilə Tehranı.

Atıb namusu nəngi, boşladım din ilə imanı,

Dağıtdım, parçalatdım zülmilə ayati-quranı.

 

Görün bir, mən ölüm, çəkdimmi yaxşı, işlərə saman?

Qırıb əzaların, qıldımmı millət məclisin viran.

Yatıb Məlikülmütəkəllimlər ilə qan içrə Cahangir xan.

Daha bir xeyli hürriyyətpərəstan qanına qəltan,

Dübarə, güllələtdim yüzlər ilə tifli, nisvani,

Qanımda yoxdu çün bir qətrə də xuni-müsəlmani.

 

Elətdim, eylədim hər bir qəbahət varsa, dünyadə,

Rəhimi, Şeyx Fəzlullahı qıldım hürrü azadə,

Hacı Mirzə Həsən, Mir Haşım, Əsğər döndü cəlladə

Genə qayim-məqam oldu yerində hər zinazadə

Məkani-bum, gərkəs eylədim təxti-Süleymani,

Özümdən eyliyib bizar ruhi-paki-xaqani.

 

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1908, â„– 31.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info