Qonaq Kitabı
MƏSLƏHƏT

 

Molla! Sənə eyləyirəm məsləhət:

Söylə görüm, evlənim, evlənməyim?

Altmışı sinnim eləyibdir güzəşt,

Bir qız alım, evlənim, evlənməyim?

 

Evdə varımdır biri lap köhnədən,

Sonra da aldım birini tazədən,

Boşlamışam tazəni hərçənd mən,

Bir də gülüm! Evlənim, evlənməyim?

 

Var tamahım, doğrusu, bir düxtərə,

Elçi də saldım Məşədi Səfdərə,

Həm də vurub mollaları bir-birə,

De, mən ölüm! Evlənim, evlənməyim?

 

On ikicə sinni qızın var tamam,

Öz nəvəm Əsmər kimicə, vəssalam.

Yaşlı ola, bil ki, yəqin almanam,

Bircə büküm! Evlənim, evlənməyim?

 

Molla dayı! Oğluma bax sən hələ,

Gör nə deyir bircə bu kərtənkələ

Kim, mənə bu qız yaraşar, ay lələ,

Sənə ölüm, evlənim, evlənməyim?

 

And verirəm mən səni imanına,

Saqqalına, şalına, həm canına;

Yazma bu cür kağızı jurnalına,

Xəlvət oxu, evlənim, evlənməyim?

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1908, â„– 12.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info