Qonaq Kitabı
İSTİXARƏ

 

Fikr edirik biz də bir iş başlayaq,

Eyləyirik istixarə, bəd gəlir.

Səbr edirik ki, bir saat xoşlayaq,

Xoşlayırıq, istixarə dəb gəlir.

 

İstəyirik biz övladi-ümmətə,

Açıb məktəb çataq dadi-millətə.

Cəmiyyətin təşkilinə, himmətə,

Qalxışırıq: istixarə dəb gəlir.

 

Cəm oluruq bir məclisə yüz nəfər,

İşlədirik neçə batman çay-şəkər,

Danışırıq, bitişirik… müxtəsər

Eyləyəndə… istixarə dəb gəlir.

 

Sonra bir də eyləyirik məsləhət,

Cəmləşirik həm çay olur, həm də ət.

Təsbihə də molla edir məşvərət,

Andır genə istixarə dəb gəlir.

 

Üç ay, beş ay gedib genə yatırıq,

Çaysız, aşsız lakin itib-batırıq,

Ortalığa tazə bir söz atırıq

Ki, etməyin istixarə dəb gəlir.

 

Sebarə biz bu şuraya cəmləşib,

Ən lazımlı məktəb işin səsləşib

Düzəldirik; zəhmət çəkib əlləşib,

Pul deyəndə istixarə dəb gəlir.

 

Söyləyirik: elm, məktəb, ittihad,

Saylayırıq cümləsini adbaad,

Boylə edir neçə məclis iniqad.

Axırında: istixarə dəb gəlir.

 

 

“Molla Nəsrəddin”, 1908, â„– 9.  

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info