Qonaq Kitabı
KİŞİLƏRİMİZ

 

“Sijimqulunamə”də “Boşla” adı ilə getmiş və bu qeyd verilmişdir: “Yenə Dabanı çatdax xalanın “Mən bu dərədən getmərəm, çadramı yellətmərəm” mətləli şeirinə cavab”.

 

(6 –cı nömrədə Dabanı çatdax xalaya cavab)

 

Boşla xala cəfəngini,

Müftəcə yorma əngini.

At dalına səhəngini,

Elmü ədəbli qız gərək,

İnci sədəfli qız gərək.

 

Kaftarı qoyma töhmətə,

Həm qocanı məzəmmətə.

Salma bizi əziyyətə.

Elmü ədəbli qız gərək,

İnci sədəfli qız gərək.

 

Hacı Xəmamı pisləmə,

Kəblə Qulamı hisləmə.

Məşədini də mizləmə,

Sizlərə öylə ər gərək,

Misli-himarü xər gərək.

 

Heç nədir öz vücudunuz,

Elm ilə yox süudunuz.

Qırdı bizi qüyudunuz

Sizlərə biz tək ər gərək.

Sən kibi dəngəsər gərək.

 

İndi nədir xəyalınız,

Söhbətiniz, səvalınız

Bədmi gəlibdi falınız?

Sizlərə öylə ər gərək,

Ta döyə hər səfər gərək.

 

Tovlama bu cavanları,

Tapsana aldananları.

Saqqala rəng yaxanları,

Bizlərə dəmli qız gərək,

Xətli, qələmli qız gərək.

 

İndi olarmı bir xələf

Kim, edə ömrünü tələf.

Keçdi zəmaneyi-sələf,

Şimdi ədalı qız gərək,

Fəhmü zəkalı qız gərək.

Elm, hünərli bir cavan,

Elmli qız alar inan.

Qart qocadır sənə qalan,

Elmü ədəbli qız gərək,

İnci sədəfli qız gərək.

 

Nəymə gərəkdi Xanpəri,

Xogəbəyim, nə Gülpəri,

Gijdi, səfehdi, sərsəri,

Elmü ədəbli qız gərək,

İnci sədəfli qız gərək.

 

 

Məşədi Sijimqulu dayı

“Molla Nəsrəddin”, 1908, â„– 9.

 

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info