Qonaq Kitabı
QƏZƏL

 

Söyürlər isə sənə, dinmə, dur hırılda, balam.

Boğurlar isə, nə çarə, boğul, xırılda, balam.

Qapazlı isə, başın ya üzün tüpürcəkli,

Canın sağ olsun, utanma həman, fırılda, balam.

Hüquqi-dinü dilin uğrasa təcavüzə gər,

Nə eybi var, dalısınca özün bırılda, balam.

Başında işləsə yüz min kələk dəyirmanı,

Usanma, bəs demə, çax-çaax kibi cırılda balam.

Əlaltı ol, döyül, əl intiqamə qalxızma,

Necə babasız oğul, ah çək, zırılda balam.

Tənindən alsa da əğyar ruhini, səbr et.

İlan dişinə keçən ğuk tək qurulda balam.

Vəli qəbul eləmə qardaşın nəsihətini,

Sənə nə söyləsə baxma, fəqət mırılda balam.

 

 

1906

“Sijimqulunamə”

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info