Qonaq Kitabı
İSTİBDAD

 

Titrəyir pənceyi-cəlladi-qəzadə bədənim,

Qəti-ümmidi-həyat etməyə amadə tənim.

 

Ziri-şəmşiri-cəfadə edirəm tərki-həyat,

Olur əfsürdə gülüm gülşəni-dünyadə mənim.

 

Ruhi-hürriyyətimi qəbz eləyib istibdad,

Biçilibdir boyuma şəhri-bəladə kəfənim.

 

Ah, ey nuri-ədalət, qəməri-hürriyyət,

Parlayın kim, qapanır dəsti-sitəmlə dəhənim.

 

Çürüsə cismim əgər xaki-siyəh altında,

Yenə hürriyyət olur hər əməlim, hər süxənim.

 

Qılsa da ruhimi qəbz, etsə də yüz parə bəni,

Aqibət olmalıdır kuyi başında həvənim.

 

Bikəsa, rahətim olmaz yerim olsa cənnət,

Pişi-çeşmimdə əgər boylə fənadə vətənim.

 

 

1906

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info