Qonaq Kitabı
HÜRRİYYƏTİN LÜZUMU

 

İrişmək istəyə, güc, ölkədə hürriyyət olmasa,

Azadiyi-kəlam ilə cəmiyyət olmasa.

Hübbülbəşər xəyalinə düşmək olur məgər,

Hürriyyəti-ülum ilə qüdsiyyət olmasa.

 

Ədlü ədalət olmasa, olmaz vətən vətən,

Nəxlü-səadət olmasa, olmaz çəmən çəmən.

Hürriyyət olmasa, olmaz kəsbi-elmü fən,

Bunlar olurmu, onlar ilə ülfət olmasa.

 

Gülşəndə, söylə, gül açılırmı baharsız?

Ya dövr edirmi il gecəsiz, ya naharsız?

Azad olunsa şir, durarmı şikarsız?

Azad olurmu olmaq əgər qeyrət olmasa?

 

Hürriyyət ilə yetmək olur çox mənazilə,

Hürriyyət ilə çatmaq olur həddi kamilə.

Hürriyyət olsa, tez yetişir elm hasilə,

Elmü ədəb olurmu, əgər himmət olmasa.

 

Hürriyyət olsa, ölkə işıqlansa misli-nur,

Zülmati-cəhl məhv olaraq, elm edər zühur.

Elm ilə cahilani-zəman cümlə bilmürur,

İnsan olur xumarmı, qəflət olmasa.

 

1904

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info