Qonaq Kitabı
ŞİKAYƏT

 

Dərdü qəmdən bu qəlbi-məhzunim

Badə rəngində qanə dönmüşdür.

Hatifa, əşgi-çeşmi-pürxunim,

Rudi-Nili-rəvanə dönmüşdür.

 

Var böyük şikvəm ey böyük şair,

Rubəru olsam, elyərəm zahir.

Firqətindən usanmışam axir,

Sudi-eşqim ziyanə dönmüşdür.

 

Məskənim dəhrdə neyistandır,

Süknəsi həp köhnəpərəstandır.

Nur zülmət dalında pünhandır,

Şəbpərə pəhlivanə dönmüşdür.

 

Ruh bitab, gözlərim giryan,

Əşk cari üzariyə hər an.

Bəhri-qəm bikənar, bipayan,

Rast qəddim kəmanə dönmüşdür.

 

Nabələd rahü rövşəna, bilməm,

Cism ğərqabdə şina bilməm.

Harada yar, aşina, bilməm,

Xəsm fili-dəmanə dönmüşdür.

 

Sinə püriztirab, püramal,

Əməlim arzuyi-istiqbal.

Ağlaram, yetmədi zəmani-vüsal,

Gözlərim navdanə dönmüşdür.

 

Kəsilibdir günüm şəbi-yəlda,

Zülmət içrə işim təbahü fəna.

Hər tərəfdən gəlir də qəmli səda,

Novbaharım xəzanə dönmüşdür.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info