Qonaq Kitabı
VƏTƏNİM

 

Azərbaycan doğma, müqəddəs vətənimdir,

İstəkli anam, bəsləyənim, süd verənimdir.

 

Bir irs olaraq qaldı bu torpaq bababızdan,

Lakin ona şən Oktyabr verdi hüquq, şan.

Al bayrağın altında işıqlandı bu dövran,

Nemətli bu torpaq da, bu bayraq da mənimdir,

Azərbaycan doğma, müqəddəs vətənimdir.

 

Azadlıq, ədalət sevən ürfanlı bu torpaq,

Tarix, ədəbiyyatı böyük, şanlı bu torpaq,

Qorxmazlar, igidlər yetirən canlı bu torpaq

Ömrüm boyu ev-yurdum, öləndə kəfənimdir,

Azərbaycan doğma, müqəddəs vətənimdir.

 

Rahət yaşayır xalq onun isti qucağında,

Bir odlu məhəbbət duyulur hər bucağında,

Sönməz alovu, atəşi vardır ocağında,

Qələ, qılıncı, qalxanı köksüm, bədənimdir,

Azərbaycan doğma, müqəddəs vətənimdir.

 

Mədənləri, ovlaqları, yaylaqları xoşdur,

Pambıqlı, taxıllı çölü, göy dağları xoşdur.

Ormanları şən, bağçaları, bağları xoşdur.

Boz torpağı sürməm, dikəni yasəmənimdir,

Azərbaycan doğma, müqəddəs vətənimdir.

 

Sən çox yaşa, ey nazlı vətən, çox yaşa, yüksəl!

Parla, gələcək Şərq üçün ol ayinə, məşəl.

Qoymam sənə doğru uzana hər qaba, nəhs əl,

Hər xırda daşın bir baha dürri-Ədənimdir.

Azərbaycan doğma, müqəddəs vətənimdir.[1]

 

 



[1]  Qəzetdə şer belə bitir:

Məbəd, mağarım, dəfn yerim, əncümənimdir,

Qoymaz toxuna köksünə çirkin, qara, yad əl,

Nəzmi vətənin dostudur, əğyarə qənimdir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info