Qonaq Kitabı
VERMƏYİN BİR BELƏ QULLUQ

 

Verməyin bir belə qulluq mənə heç əl, Vahid!

Bu edir şairi avarə, məəttəl, vahid!

Dirilik sürməyi, zövqü daha çox anlar ikən,

Sübhümüz oldu nədən şamə mübəddəl, Vahid!

 

                                                         12 aprel 1930, Azərnəşr

 

   CAVAB

 

   Ustadım Nəzmiyə

 

Mən fəqət sadə ilə badəpərəstəm, Nəzmi!

Bir xərabatiyəm, hər ləhzədə məstəm, Nəzmi!

Bir fəqirəm, nəmə lazım təhəmi-dövləti-Cəm

Qəsri-Daranı sevərsəmsə də, pəstəm, Nəzmi!

 

                                                       27 iyun 1930, Azərnəşr

 

 

Nə köpəkdir qata qəm nəşənə əngəl, Vahid!

Versə saqi bir əyağ ilə sənə əl, Vahid!

Məstlik, ərəqdə deyil isə mətlub, fəqət,

Cam edər məsələni həlli-müəffəl, Vahid.

 

                                                     29 iyun 1930

 

 

Mən nə divanə, nə əyyaş, nə pəstəm, Vahid!

Nə rəyasət, nə də kaşanəpərəstəm, Vahid!

Təkcə bir qönçə dodaqdan süzülən qətrə ilə

Boylə sərgərmü sərəfgəndəvü məstəm, Vahid!

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info