Qonaq Kitabı
TÜRK QIZINA

 

(Aprel inqilabının 10 illiyi münasibətilə)

 

Baxmadı min il bütün

Qardaş, ata, ər sana.

Vermədilər çünki həqq

Məscidü mənbər sana.

Əzdi, gəmirdi səni

Din və müqəddəs kitab.

Boğdu, bitirdi bütün

Dərdü ələm, iztirab,

Qaldı qadınlıq iyi

Səndə, nə də abü tab.

Etmədi bir mərhəmət

Xaliqi-əkbər sana,

Baxmadı min il bütün

Qardaş, ata, ər sana.

Olduğunu əqlsiz

Söylədi din taciri.

Halbuki bu söz fəqət

Bir qələt idi iri.

Tərbiyənə baxmadı

Bu həşəratın biri,

Olmadı azadəlik

Böylə müyəssər sana.

Baxmadı min il bütün

Qardaş, ata, ər sana.

Anlamaya, anlamaya

Tapdaladı el səni.

Qasdı-qovurdu yol səni.

Gəldi, xilas eylədi

Tək böyük Aprel səni.

Verdi ucalmaq üçün

Qırmızı bir pər sana.

Bir də hüquq, imtiyaz

Ərlə bərabər sana.

Elmü ədəb, tərbiyə

Fikri-münəvvər sana.

 

Apreli alqışla sən,

Gənc eli alqışla sən.

 

 

Sijimqulu

“Molla Nəsrəddin”, 1930, â„– 15.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info