Qonaq Kitabı
ƏHMƏDİ-BİĞƏM

 

                   (Dabanı çatdax xalaya)

 

Danma nemətlərini, canına həmdəmdi kişi,

Atadan da irəli, arvada məhrəmdi kişi.

Naqisül-əql qadındandamı ya kəmdi kişi?

Necə olsa işə səndən yenə ələmdi kişi.

Demə ki, bir yaramaz Əmədi-biğəmdi kişi.

 

Nankorluq biçilib cinsi-lətifin boyuna,

Ər deyilmi dözən arvad çıxaran hər oyuna?

Bənzər arvad iki buynuzları düşmüş qoyuna.

Bax ki, quranda və hər yanda müqəddəmdi kişi

Demə ki, bir yaramaz Əhmədi-biğəmdi kişi.

 

Varmıdır bircə nəfər, söylə, qadından da imam?

Ənbiyamız kişilərdir, nə qədər varsa tamam.

Yox tutan bircə qadın da komisarlıqda məkan

Yerdə də, göydə də hər halda mükərrəmdi kişi,

Demə ki, bir yaramaz Əhmədi-biğəmdi kişi.

 

Əlli yol çadranı, həm çalmanı atsan da belə,

Şəltəni, çəpgəni, başmaqları satsan da belə,

İrz, namusu həyasız yerə bassan da belə,

Börkü atmaz! Hələ namusi-mücəssəmdi kişi,

Demə ki, bir yaramaz Əhmədi-biğəmdi kişi.

 

Qıcıdırsan mənə qarşı nə üçün dişlərini,

Duymayırsan dözülməz hərəkət, işlərini.

Salıram yadə yeyilməz, koba bişmişlərini,

Yenə də dərdinə hər barədə mərhəmdi kişi

Demə ki, bir yaramaz Əhmədi-biğəmdi kişi

Yenə dərdindən ölür, gözləri pürnəmdi kişi.

 

 

Sijimqulu

“Molla Nəsrəddin”, 1929, â„– 6.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info