Qonaq Kitabı
OLMADI

 

Millətə əfsanəmiz faidəmənd olmadı,

Fikrimizi anlayan bircə həpənd olmadı.

 

Biz bu müsəlmanların türkü ərəb, farsinə,

Hər nə dediksə, bütün, işlədilər tərsinə.

Ağlamayın, söylədik, açdı hamı tər sinə.

Qəsdimizin qarmağı bir yana bənd olmadı,

Fikrimizi anlayan bircə həpənd olmadı.

 

Biz dedik iranlıya, ölkəni abad qıl!

Məkkəyə getmə, iki yoxsulu dilşad qıl!

Xanlara quldur elin, onları azad qıl!

O yenə həcc axtarır, qabili-pənd olmadı,

Fikrimizi anlayan bircə həpənd olmadı.

 

Getdi dünən fikrimin atlısı Türküstana,

Gəzdi o ətrafı həp, döndü dübarə bana.

Söylədi: onlar belə həp ölü, gəlməz cana,

Əl çək, əzizim, dedi, qənd hələ qənd olmadı,

Fikrimizi anlayan bircə həpənd olmadı.

 

Atladım ayroplan, seyr elədim Qafqazı,

Ləzgi, noğay, türk, tatar, bir toyuğun çolpası.

Cümləsi din düşgünü, həpsi həyatın pası,

Sözlərim oldu ağu, heç kəsə qənd olmadı,

Fikrimizi anlayan bircə həpənd olmadı.

 

On iki ildir olub şanlı, böyük inqilab,

Hər yana saçmaqdadır elmü ədəb, abü tab.

Şərq qadını indi də çadralı, yüzdə niqab.

Boynuma azad, açıq zülfü kəmənd olmadı,

Kənd, oba, dağ, şəhər həp dopdolu xənd olmadı,

Fikrimizi anlayan bircə həpənd olmadı,

hiss bülənd olmadı.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1929, â„– 15.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info