Qonaq Kitabı
BƏHANƏDİR

 

                  (Şura seçkiləri və mövhumatçılar ilə qolçomaqlar)

 

Köhnəliyin fənalığı əldə bəhanədir fəqət,

Bunlara büsbütün səbəb dövr, zəmanədir fəqət.

 

Bəxti yatıb “böyüklərin”, tərsinə işləyir təkər,

Çıxdı bəyin, xanımların başlarına kəniz, nökər.

Vurdu axundu, taciri bir-birinə fəqət qədər.

Köhnə əba, əmmamələr sadə məşanədir fəqət.

Bunlara büsbütün səbəb dövr, zəmanədir fəqət.

 

Oktyabr dəyişməsi oynadı öylə bir oyun

Kim, yekə qurda göstərir buynuzunu keçi, qoyun.

Kənddə qoçu, qulaqlara rəncbər əyməyir boyun,

Bu hərəkatı onların həqq şənanədir fəqət

Bunlara büsbütün səbəb dövr, zəmanədir fəqət.

 

Seçkilər indi başlamış kənddən eşitmişəm xəbər

Məclisə qoymamış girə öz-özünə çopur Yetər,

Şahqulunun səsin alıb rəncbəri keçəl Səfər,

Halbuki varda, qüvvədə kənddə yeganədir, fəqət

Bunlara büsbütün səbəb dövr, zəmanədir fəqət.

 

Gör nə günə qalıb bizim dairə, sədr olub qadın,

Girmiş işə, batırdı lap qövm, qəbilənin adın.

Seçki üçün gələn qadın, qız-gəlin atdı çarqatın

Kəndlərə çadralı gedən bir neçə danədir fəqət,

Bunlara büsbütün səbəb dövr, zəmanədir fəqət.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1926, â„– 52.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info