Qonaq Kitabı
DİLİMİZ DÜZƏLMİR

 

Dildən dilə düşdük, dilimiz bulmadı islah,

Biz hankı yana yüz çevirək, ay aman, allah!

 

Ey tanrı və peyğəmbərim, ey dürlü imamlar!

Ey məscid, imamzadə və onlardakı şamlar!

Ey minlər ilə pirlər, ocaqlar və hamamlar!

Sizdən olacaq, olsa kömək, əşhədübillah!

Dildən dilə düşdük, dilimiz bulmadı islah,

 

Ey göyləri, ayı, günü yoxdan yaradanlar!

Ey gündə günahları çiyinlərdə yazanlar!

Ey cəhl uğurunda çəkilən güclü ziyanlar!

Siz qoymayınız, işlərimiz yaxşı deyil vah...

Dildən dilə düşdük, dilimiz bulmadı islah,

 

Göndər bizə qaimləri[1], dünyanı düzəltsin,

Bir möcüzə kim, iş bu müəmmanı düzəltsin,

Bir gündə dili, dinləri, mənanı düzəltsin,

Ol gunə ki, kim görsə desin ay bərakallah,

Dildən dilə düşdük, dilimiz bulmadı islah,

 

Qaç qomsiyə, qaç danə də dərnəklərimiz var,

Söz söyləməyə faidəsiz, ənglərimiz var,

Kəndimizi oynatmaq üçün hənglərimiz var,

Kim baxsa iraqdan, deyəcək bizlərə pəh-pəh!

Dildən dilə düşdük, dilimiz bulmadı islah,

 

Ya həll olunur olmadımı işbu müəmma?

Hər şəhrdə bir şivə, birər ləhcə, bir iyma

Hər kənddə bir imla, yazı, bir ism, müsəmma,

Bir gunə xörəkdir yeyəriz xah və naxah,

Dildən dilə düşdük, dilimiz bulmadı islah,

 

Yardım bizə var məncə, yığıncaq, nə qələmdən,

Nə söyləmə, nə yazma, nə də dərdü ələmdən,

Saxlanmalı eynilə, nə qalmışsa dədəmdən,

Gül sən bizə ey köhnə lisanı yaradan şah!

Dildən dilə düşdük, dilimiz bulmadı islah,

 

 

 

“Sijimqulunamə”



[1]  Guya qaim olan on ikinci imama işarədir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info