Qonaq Kitabı
MƏDƏNİ İNQİLAB

 

Ax, mədəni inqilab, ax, mədəni inqilab,

Döndərib əhvalımı, işləri etdin xərab.

 

Biz dəxi dünya görüb, ömr elədik çox zaman,

Kim eşidib ismini, indiyəcən ver nişan!

Var nə quranlarda bu, nə buyurub rövzəxan,

İncili, tövratı aç, bax bu risalə, kitab,

Ax, mədəni inqilab, ax, mədəni inqilab.

 

Bu necə söz! Olmasın arvadımın çadrası,

Atsın əzadarlığı, məscidi, matəm, yası,

Səhldir atmaq məgər, cənnəti, dua, tası!

Yoxmu qiyamət günü, yoxmu tərazu, hesab?

Ax, mədəni inqilab, ax, mədəni inqilab.

 

Gepka götür, şapqa qoy, geymə deyirlər papaq,

Küçəyə çıxsın qadın, həpsi açıq qol, bacaq.

Çadrasız arvadlara söymək edilsin yasaq,

Yemə sarımsaq, soğan, içmə əraq və şərab,

Ax, mədəni inqilab, ax, mədəni inqilab.

 

Ölkədə derlər hələ, qalmamalı bisəvad,

Çöldə çobanlar dəxi etməlidir ictihad.

Həp dəyişilsin həyat, əsl-nəsəb, rəsm, ad,

Tazə əlifba ilə əsər oxusun Kamyab,

Ax, mədəni inqilab, ax, mədəni inqilab.

 

Var yeniliklə aram, min əyri çağrım, mənim,

Bıqdım, üzüldüm bütün, çatdadı bağrım mənim.

Bu mütəğəlliblərin ağzına ağrım mənim,

Heç biri kəsb etməmiş bircə qəpiklik savab,

Alma iki-üç qadın; siğədən et ictinab.

Çək əbədi iztirab,

Ax, mədəni inqilab,

Ax, mədəni inqilab.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1928, â„– 44.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info