Qonaq Kitabı
NƏ ÜÇÜN?

 

Ağlayır, bəllidir artıq, başı ağlar nə üçün,

Ağlayır bəs bu qalın başlı ulaqlar nə üçün?

 

Ağlayır başları ağlar hələ bir məqsədi var,

“Pişrəv”dir, yedəyində neçə min məşhədi var.

Azarı, xəstəliyi, məqsədinin məbədi var,

Ağlayır onları təqlid ilə sağlar nə üçün?

 

Şadlığından adam ağlar, bunu bilmirmi hamı?

Ağlayır, aldadacaq çünki bununla avamı.

Oynadır pul, nə ki, mollaları , hətta adamı,

Bilməyirsənmi bu meymun qara bağlar, nə üçün?

 

Qalmış ağlaşmaya bir ay hələ, o diş biləyir,

Süpürür təkyəyi, məscidlərə zəmzəm çiləyir.

Kül atıb gözlərə, yoxsul cibi kəsmək diləyir,

Uymuş o qırmızı cibgirlərə lağlar nə üçün?

 

Soymağa kəndliləri kənddə də bazar açacaq,

Olmayan “cənnət alan, gəl” – deyə hədyan saçacaq,

Çox çürük söz satacaq, başları qırxıb çapacaq,

Qırxdırır başlarını qıssa qulaqlar nə üçün?

 

Işçi-kəndli yalana indidəmi aldanacaq?

Min il ötdü, yenəmi səfsətəyi-söz satacaq?

Öyrədirkən bu gün əsr itlərə anlaq, qanacaq,

Ulasın ölkədə bayquş, yapalaqlar nə üçün?

 

Ənbiya, allah, imam bayqot edilsə, nə olur?

Xəlqimiz məscidi yox, məktəbi bilsə, nə olur?

Matəmə, təziyəyə əks gedilsə, nə olur?

Yamanıb canına xəlqin bu yamaqlar nə üçün?

 

Dəymisən köhnə xurafata çomaqlar nə üçün?

Oynamırlar yumuruqlar, şapalaqlar nə üçün?

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1928, â„– 22.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info