Qonaq Kitabı
ÖLMƏZ LENİNİN NAMİNƏ BİR TÖHFEYİ-NAÇİZ

 

Bir çox ulu rəhbər görə gəlmiş bəşəriyyət,

Etmiş qədərincə hərə insanlara xidmət.

Yapsın diləmiş ortada bir əqdi-üxüvvət

Lakin bunu yapmaq, bu şərəflər, bu məziyyət,

Oldu sənə həp, ey ulu dahi, sənə qismət.

 

Keçmiş ulular da bu səadətdən arardı,

Lakin bu böyük fikrə o meydan belə dardı.

Səndə əzəli eşqi-düha, fəlsəfə vardı..

Həm güclü səbat, əzm, geniş qəlb, eyi niyyət,

Siz etdiniz ancaq bu böyük səhnədə sibqət.

 

Gənckən, hələ, bir heykəli-hürriyyət idin sən,

Ölkəndən uzaşdırdı onunçün səni düşmən,

Azadəlik elan ediləndə tərəfindən,

Çıxdı araya səndəki ixlas, məhəbbət

Etdi səni təqdis bütün tayifə, millət.

 

Zəncirini qırdın köləlik dövrünün, atdın,

Bir müştərək, azad, böyük ölkə yaratdın.

Millətləri qardaş yaparaq məqsədə çatdın.

Qoydun hamı məzlum vətəndaşlara minnət.

Fəxr etsə, rəvadır, əsərinlə bəşəriyyət.

 

Şərqin ölüm altındakı xəlqi nəfəs aldı,

Pamal edilən incə qadınlıq da ucaldı.

Əskiliyin eyvaninə bir vəlvələ saldı

Sən hüflədiyin suri-dühayi-mədəniyyət.

Fəxr etsə, rəvadır, əsərinlə bəşəriyyət.

 

Keçmiş iki il indi vəfatından, əvət biz,

Təqib edirik qoyduğunuz yolları sizsiz,

Dilgir ediyor, həpmizi bu vəqeyi-qəmbiz

Bizdən bütün, ey sevgili rəhbər, ulu qüvvət

Durduqca bu ölməz adın olsun sənə hörmət.

 

 

1926.

“Sijimqulunamə”

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info