Qonaq Kitabı
XALİQDƏN MƏXLUQƏ

 

Onu dünyaya mən zinət yaratdım!

Onunçün böylə ziqiymət yatdım!

 

Yerin çox nöqtəsi boş qalmış idi,

Cahanı küfr, vəhşət almış idi,

Kürə yeksər zülamə dalmış idi,

Bütün azmışdı hər millət, yaratdım.

Onu dünyaya mən zinət yaratdım!

 

Böyük bütlərlə dolmuş idi Kəbəm,

Tanınmaz olmuş idim xud özüm həm.

Yaratdım bir sürü aqil müəmməm,

Bəşər qansın nədir xilqət, yaratdım!

Onunçün böylə ziqiymət yatdım!

 

Yaranmış olmasaydı bəs müsəlman,

Olarmıdı keçəl beş milyon insan?

Ey əbdim, olma asi, hikməti qan!

Burada var ki, bir illət, yaratdım!

Onu dünyaya mən zinət yaratdım!

 

Əgər bu olmasa, ey qafil abdal

Olardı harda milyonlarla hammal?

Kimin çiynində xəlq oynardı xoşhal?

Onu insan üçün ibrət yaratdım!

Onunçün böylə ziqiymət yatdım!

 

Kimin boynunda eylərlərdi cövlah,

Firəng, İngiltərə, Holland, İspan?

Hələ dərviş, molla, şah, bəy, xan...

Tapardı harda bir qismət?.. yaratdım!

Bunu onlar üçün nemət yaratdım!

 

Qalan kimdir bu fani məqbərəmdə?

Bütün xülya olan baği-irəmdə?

Olar yüz hur hansı bir hərəmdə?

Xüsusi onlara cənnət yaratdım!

Gözəl qılmanları xəlvət yaratdım!

Edib rəhmət yaratdım,

Tapıb fürsət yaratdım,

Verib şərbət yaratdım,

Çəkib zəhmət yaratdım,

Qoyub minnət yaratdım,

Quruş da verməmişlər

Mənə rüşvət, yaratdım!

 

                                1925

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info