Qonaq Kitabı
ŞƏM VƏ PƏRVANƏ

 

Moldayı, Gəncəni meyxanə, şərab etdi xərab!

Baxınız hər yerə, hər yanə, şərab etdi xərab!

Evlərə, küçəyə, meydanə, şərab etdi xərab!

Cahil, alim, yeni bəy, xanə, şərab etdi xərab!

 

Bir zəman vardı ki, içki qədəğəndi hamıya,

İşbu içki sözü bir lafi-dəhəndi hamıya,

İçki almaq qədəğən, dərdü mihəndi hamıya,

Verdi qonqurda pərişanə, şərab etdi xərab!

Moldayı, Gəncəni meyxanə, şərab etdi xərab!

 

Madmazel yox bu dağılmışda, beçə az bulunur,

Bunda şadlıq könülə təkcə şərab ilə qonur.

Arşaq, Albert, Aruşan bizlərə hey badə sonur?

Cümləmiz veyl, hamı məstanə, şərab etdi xərab!

Moldayı, Gəncəni meyxanə, şərab etdi xərab!

 

Uydular içkiyə tiryak çəkənlər də bütün,

Mübtəladır hamı, məsciddə səkənlər də  bütün,

Cənnətin töxmünü yerlərdə əkənlər də bütün,

Axdı doldu hamı gülxanə, şərab etdi xərab!

Moldayı, Gəncəni meyxanə, şərab etdi xərab!

 

Arifə, şairə məxsus idi əvvəl bu əməl,

Heç bir tacirə, ya hakimə verməzdi də əl.

İmdi amir mənə, tacir dəxi məmurə bədəl,

Cümlədə haləti-rindanə, şərab etdi xərab!

Moldayı, Gəncəni meyxanə, şərab etdi xərab!

 

Çıxmış idim bazara dün, hamı müslüm kefli,

Həm Bumündün salonu xəlq və Bim-bum kefli,

Mən də, onlar da və bir qaç da müəllim kefli,

Şəmi o, biz dəxi pərvanə, şərab etdi xərab!

Moldayı, Gəncəni meyxanə, şərab etdi xərab!

 

Saqi yox, saqiyə yox, qar-quru var, mütrübü yox,

Azvinin çanlarının qərq ol içində, dibi yox,

Gərçi hər millət içir badə, fəqət biz kibi yox,

Yaraşır təkcə müsəlmanə, şərab etdi xərab!

Moldayı, Gəncəni meyxanə, şərab etdi xərab!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1924, â„– 1.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info