Qonaq Kitabı
TƏRBİYƏT

 

                      “Molla Nəsrəddin” jurnalının 13-cü nömrəsində Qazi Cahaninin şerinə cavabdır.

 

Halın İranın, qələm təhrirdən oldu şikəst,

Etmədi huşyar, qıldı intiqad, ol qövmi-məst.

Keçdilər İran üçün “candan” da çox iranpərəst.

“Pərtovi-nigan nəgirəd, hər bünyadəş bədəst,

Tərbiyət naəhlra çün girdəkan bər günbədəst”.[1]

 

Olmalıydı dövlət əşxasində qeyrət cövhəri,

Cümlə zatı mənfəət, şəxsi qərəzlərdən bəri.

Halbu ki, xəlq anlamaz xain hökumət ərləri.

Müctəhid də, molla da, seyyid də həp əxlaqi-pəst

“Tərbiyət naəhlra çün girdəkan bər günbədəst!”

 

Bindirən öz boynuna xanları, şahı qardaşım!

Xud, deyilmi öz gücü xalqın! Demə çıxmır başım!

Vaqifəm iranlının mazisinə, çoxdur yaşım,

Şahə qulluq xoyi etmiş xunində nişəst,

“Pərtovi-nikan nəgirəd hər ke bünyadəş bədəst.”

 

İş başında varis olsun yüz “yezidüs-səltənə”,

Ol Yezidin qüvvəti-bazusi eldəndir yenə.

Bir “yüz”ün milyonlar içrə ya olar təsiri nə?

Dönsə: el, “sərbaz” həp, dolsa məlain ilə bəst,

“Tərbiyət naəhlra çün girdəkan bər günbədəst.”

 

Söz-söyüş vəqti keçib, gəlmiş zəmani-inqilab,

Vəqtdir, boynundan əhraranə el açsın tənab.

Qorxmaz əzm ərbabı, yol üstündə hürsün bin kəlab,

Həqqini yutdurmasın qoy əğniyayə təngəst,

“Tərbiyət naəhlra çün girdəkan bər günbədəst.”

 

 

 

Kefsiz

“Molla Nəsrəddin, 1923, â„– 17.

 



[1]  Əzəldən əsası pis olan düzəlməz. Naəhli tərbiyə etmək günbəzin üstünə qoz qoymağa bənzər (Sədinindir).

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info