Qonaq Kitabı
ÖRNƏK

 

(Ə. Cavada)

 

Göstərdi bəharın qızı bir surəti-dilbər,

rüxsari-münəvvər.

Firuzə kibi, daldı yaşıl nurə çəmənlər,

həp məskənü məbər.

Min çəm-xəm ilə eylədi bir nim təbəssüm,

ruh etdi təcəssüm.

Bir quş kibi çırpındı, qanadlandı yürəklər,

oldu dolu əxgər.

Ərvahdə, əşyadə təğəyyur, hamu, hər yan,

pürnəşvəvü xəndan.

Oxşar yürəyi zövqlü qumru kibi səslər,

canbəxş nəfəslər.

Sərkərm meyi-eşq ediyor şur ilə bülbül,

gülşəndə təğəzzül.

Naz ilə, ğürur ilə baxar halına güllər,

məstanə gülümsər.

Əlvahi-qəraiblə dolu səhneyi-gülzar,

hər pərdə füsunkar.

Oynar, uçuşar şövqlə əlvan kələbəklər,

səyyar çiçəklər.

Qaqmış kibi, mərmər döşə bir dəsti- bülurin,

pirayeyi-zərrin.

Parlar sarı gül qönçələri üzrə səhərlər,

inci kibi şehlər.

Küsgün duruşu ilə verir rəng bu nəqşə,

məhbub bənöfşə.

Nakam, bəzəksiz, bir utancaq qıza bənzər,

dildadə mükəddər.

Vermiş çəmənə min qələmü rəng ilə ziyynət,

nəqqaşi-təbiət.

Hər guşə behişt örnəyi, hər səmt müəttər,

ətraf müənbər.

Pək şux, bükülmüş yaşıl ətləslərə topraq,

parlaq hamı oymaq.

Tək “Ardahanı” tapdalamış qırmızı sellər,

vurmuş qara yellər!

 

 

“Sijimqulunamə”

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info