Qonaq Kitabı
ÇALIŞQAN CƏMAL

 

On iki yaş bir çocuq,

Bənzi qaçıq, rəng uçuq.

İncə bacaq, qol, fikar

Sanki üfürsən uçar,

Gözlərinin yox fəri,

Bircə sümük, bir dəri.

Örtünüb az cındıra,

Ağ yüzü bənzər qıra.

Yırtıq ayaqqabları,

Örtür ayağın yarı.

Hər baxışı biqərar,

Bir şey üçün intizar.

Halı yaxır insanı.

Sağ umuzunda palan,

Harda görür bir dükan,

Ya ki, xrid eyləyən,

-Ay gədə hambal, - deyən.

Tez yönəlir ol yana,

Göz gələrək cövlana,

“Ver götürüm, ay ağa,

Baxma zəifəm bana.

Hər neçə versən də ver,

Harda sizin küçədir”.

 

Fəsli-yay idi həman,

Söylənir idi əzan.

Sısqa, çalışqan Cəmal,

Arxada bir zor çuval,

Şeylər ilə dopdolu,

Çox da uzaqdı yolu.

Qolda iri zənbili,

Qapqara yanmış dili.

Yük götürürdü böyük,

Baş əyilib, bel bükük

 

Bərkiməmişdən bədən,

Bərk işə girmiş həmən.

Evdə qocalmış ana,

Çıxmaz idi bir yana.

Oğluna tikmiş gözün,

Körpə edir sərf əmək,

Muzduna alsın yemək.

Həm anasın bəsləsin,

Həm özü içsin, yesin.

Atladı bir qaç yoxuş,

Mənzilə çapmaqda tuş.

Ancaq o boş bir xəyal,

Məqsədə irmək məhal.

 

İsti idi çox həva,

Hər dilək olmaz rəva.

Batmış idi qan tərə,

Büdrədi bir qaç kərə.

Düşmüş idi qüvvədən,

Ac qarın, xəstə tən.

Çəkdi bir atəşli ah,

Etdi həzin bir nigah.

Söylədi bir yol – “ana”!

Bir də qavuşmam sana.”

Get-gedə incəldi səs,

Durdu, azaldı nəfəs.

Döndü kiçik surəti,

Bitdi böyük qeyrəti.

Aldı qərarın ətəş,

Düşdü yerə, etdi ğəş.

 

Toxtadı şey sahibi,

Oldu onun xaibi.

Dürtmələdi, səslədi,

Qalx çocuğum, qalx dedi!

Bir qədər uğraşdı o,

Sonra baxıb şaşdı o.

Oldu əlacı hədər,

Artdı üzündə kədər.

Çünki o olmuşdu fövt,

Canını almışdı mövt.

 

Etmiş idi gün qürub,

Örtülür idi üyub.

Cümlə qaraldı sular,

Gəldi bütün yolçular

Şəhər kənarında bir,

Külbə var idi həqir.

Onda qoca bir qarı,

Örtməyə yox paltarı.

Pürxələcan, iztirab,

Sinədə, nə dizdə tab.

Açmış iki lüt qolun,

Oğlunun gözlər yolun.

Hər yol ötəndən sorar,

Bəlkə idi biqərar.

Yoxdu fəqət ehtimal.

Gəlməyəcəkdi Cəmal.

 

 

Əli Nəzmi

“Maarif və mədəniyyət”, 1926, â„– 9.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info