Qonaq Kitabı
EY ƏDALƏT!

 

Ey dünyada kəndisi yox, adı var!

İnsanların dərdlərinə sən əlac!

Ey yolunda hamı gözlər intizar,

Həyat üçün ey ən mübrəm ehtiyac!

 

Mənsub olan hər məsləkə, hər dinə,

Eylər sənə malikliyin iddia!

Nə yamanlıq, nə zalımlıq, nə kinə!

Lakin hanı? İddialər, yel, hava!

 

Ey ədalət, ey mübarək kəlmə, sən,

Var deyilsən varlar kibi, nə də yox,

Olsa idin, bilməyirəm bəlkə mən,

Biri gülməz, ağlamazdı biri çox!

 

 

1919,

“Sijimqulunamə”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info