Qonaq Kitabı
ACLIQ

 

Dönmüş qana xəmr ilə dolu cam gözümdə,

Matəm kimidir sevgili bayram gözümdə.

Bir çoxları şərməndeyi-nan əhli-əyalə,

İfritə, mənim də o dilaram gözümdə.

Keçmiş keçib, ayəndə qaranlıqda, fəna hal,

Sərp bir uçurum üzrə sərəncam gözümdə.

Qəhr ol, gəbər, ey aclığı, qəhti gətirən div!

Olmuş da səbahi-əməlim şam gözümdə!

Gülməkdə bu gün halimə dün kasə silənlər,

Lakin o daha gülməli, bədnam gözümdə!

 

                                                             1918

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info