Qonaq Kitabı
TOPAL

 

Nə üçün danışmayırsan, əcəm oğlu, lalsənmi?

Diri cismi həqiqi, biləməm; misalsənmi?

Nə deyir, nə dinləyirsən, nə susur, nə inləyirsən,

Daş, ağac, pəri, əcinnə, bəbə, ya xəyalsənmi?

Məni sıxdı ruyi-zərdin, dilə gəl de, nədi dərdin?

İki aləmin qəmiylə... belə payimalsənmi?!

Bu işə məəttələm mən, çəkirəm böyük ələm mən

Ki, bəni-bəşərmisən, ya bu sifətdə malsənmi?

Səni damlara qatırlar, dalına odun çatırlar,

Həm alıb, həmi satırlar, xəri-bikəmalsənmi?

Biri bax səni minibdir, biri busquda sinibdir,

Birisinə yem bu cüftün, birisinə yalsənmi?

Yuxu bəs, on-əlli yildir, dirilyini qalx, bildir,

Hamı, şirsənmi, görsün səni, ya şəğalsənmi?

Nə varındır etibarın, nə hüquqü ixtiyarın,

Nə adın, sanın, nə arın, quru bir vəbalsənmi?

Qoca şir uyur yolunda, ayı diş bilər söləndə

Quzular kimi aradə hamıya həlalsənmi?

Damarında yoxmudur qan! Bu qəmə dözərmi insan?

Dirilikmi xoşlamırsan, ölümə məyalsənmi?

Yügürür önə miləl həp, yürəgində duyğu, mətləb,

Yürüməz, qımıldamazsan, əcəba, topalsənmi?

Bu qılıqla qalmaq olmaz, yetər intihayə ağaz,

Özünə özün qənimü gəcü bədsəqalsənmi?

Adın ismi-paki islam, özün ortalıqda bədnam,

Bu müqəddəs ismü-rəsmə... ləkəsənmi, xalsənmi?

Yarar elmü sənətin yox, ona meylü rəğbətin yox!

Elə həm məhəbbətin yox, nədir, əhli-halsənmi?

Yeri, birliyə uzat əl, əcəm oğlu, adəm ol gəl!

Bu qədəmdədir nicatın, baxalım fəalsənmi?!

Gəmisənmi, salsənmi?

Bu cahani-həşrəvəşdə,

Bu fəzayi-kəşməkeşdə,

Rüxi-tiz balsənmi?

Quru boş cuvalsənmi?!

 

 

(... O ...)

“Tuti”, 1917, â„– 9.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info