Qonaq Kitabı
“DOSTANƏ KİLEY”

 

Ey pak, mübarək adı kəlbayi Məhərrəm!

Vey yadi qaranlıq gecələrdə mənə həmdəm

Ey sevgili məhbubim olan fikrü xəyalı

Canimdən olan canimə yanimdə müqəddəm!

Ey mən olan eyvan-eşiyindən belə məhrum!

Ey molla olan xanəsinə, xaninə məhrəm!

Biganə bilən aşiqini bəzmi-vüsalə.

Hörmətlə dutan hiyləgər əğyarı mükkərəm!

Zəhmətkeşü xahanə könül qanı yedirdən

Zalimlərə, xainlərə, bədxahə verən dəm.

Həp köhnə rəqibə, qoxumuş xəmsə olan ram

Üşşaqi-vəfadari-nevinindən edən rəm.

Sənsiz günüzüm tar, yatağım gecələr nar

Bir saniyə mən olmayıram xoşdilü biğəm.

Pabəndəm o səqqali-hənadari-lətifə

Ol damə düşəndən bəri, olmuş kəmərim xəm.

Eşqində nə qaldı, gözəlim, çəkmədiyim mən,

Həm çəkmədəyəm indi də hər an, dəmadəm!

Molla oxudu xütbeyi-təkfirimi gördün,

Lənətlədi hər kəs məni, bildi bunu aləm.

Bəylər susadı qanıma, xanlar bilədi diş,

İtlər də mənə hürmək ilə açdı bütün fəm.

Mən səbr elədim, qaçmadım eşqindən, əfəndim!

Halım dedim eylər əsər ol qəlbinə bir kəm.

Daş qəlbinə bu olmadı, heyfa ki, əsərbəxş.

Yanmaqda səninçin yenə əmma dəli sinəm

Ya aşiqə rəhm etməməyi qət elədinmi?

Ey rəhm eləsin halinə ol xaliqi-əzəm!

Bəsdir daha, bir bax mənə, yalvarmamı dinlə,

Bıqdım dəxi, zalim, bu nə işvə, bu nə çəmxəm.

Aç gözlərini, əql ilə, afaqə nəzər qıl,

Qoy indisə də zəxmi-dili-aşiqə mərhəm.

Min boylə ğəm olsa, uğrunda dözərəm mən

Ölsəm belə - adəm olasan – of demərəm, həm

Yüz dillə çağırdım səni, səs vermədin, ay dost,

Hanki, dil ilə bəsləyim indi səni, bilməm!

Hali-dil ilə ərz edirəm dinləməyirsən,

Yazsam qələmi qırmağa-müsəmməm!

And olsun o bihissü əməl canına, cana!

Əğyar edəcək axırı bu eyşini matəm!

Eykaş, nə bir doxtəri-Həvva doğuraydı,

Nə əkmiş olaydı səni bir zadeyi-Adəm!!!

 

 

(... O ...)

“Tuti”, 1917, â„– 8.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info